Ukrayna ordusu daha bir kəndi ruslardan azad etdi

Ukraynalı müdafiəçilər Donetsk vilayətinin Kleşiyevka kəndini rus işğalçılarından azad ediblər.

Globalinfo.az Axar.az xəbər verir ki, bu barədə Ukraynanın “Lyut” briqadasının məlumatında deyilir.

“Kleşiyevka bizimdir! Lyut briqadasının əsgərləri müdafiə qüvvələrindən olan silahdaşları ilə birlikdə azad edilmiş Kleşiyevka üzərinə Ukrayna bayrağını geri qaytardılar”, – bildirilib.

Qeyd olunur ki, Ukrayna torpaqlarının Rusiya qoşunlarından azad edilməsi istiqamətində əməliyyatlar davam edir.