Ukrayna cəsədlərin mübadiləsi formatını dəyişir

684eeb95470a2684eeb95470a31750002581684eeb95470a0684eeb95470a1

Ukrayna dəmiryolu vasitəsilə həlak olmuş müdafiəçilərin repatriasiyası mərhələsini başa çatdırıb. Gələcəkdə bu proses avtomobil nəqliyyatı vasitəsilə həyata keçiriləcək.

Globalinfo.az APA-ya istinadən xəbər verir ki, Ukrayna Təhlükəsizlik Xidmətinin Telegram kanalında yayımlanan məlumatına görə, 15 iyun tarixində dəmiryolundan istifadə olunan repatriasiya tədbirlərinin mərhələsi başa çatıb.

Bu, Ukraynanın müxtəlif bölgələrində yerləşən müəssisələrə həlak olmuş müdafiəçilərin cəsədlərinin sürətli çatdırılmasına imkan verib. Bu müəssisələrdə gələcəkdə şəxsiyyətin müəyyənləşdirilməsi və digər prosedurlar aparılacaq.

“Növbəti repatriasiya mərhələləri İstanbul görüşü çərçivəsində əldə edilmiş razılaşmalara uyğun olaraq avtomobil nəqliyyatı vasitəsilə həyata keçiriləcək,” — deyə məlumatda bildirilir.