Kreml elan edir: Sülhməramlılar Qarabağda…

Rusiya-Ermənistan münasibətlərinin gərgin olduğu bir zamanda rəsmi Bakının Moskvaya münasibəti diqqət çəkir. Bakı uzun müddətdir Moskva ilə ciddi mənada təmas qurmur. Lakin münasibətlərdə qeyri-müəyyənlik də nəzərə çarpır. Azərbaycan ictimaiyyətinin isə Rusiya ilə bağlı mövqeyi birmənalı deyil.

Maraqlıdır, Rusiya-Azərbaycan münasibətləri nə yerdədir? İndiki mərhələdə Moskvadan Bakıya hər hansı təhdid, təzyiq varmı?

Mövzu ilə bağlı Globalinfo.az-a danışan politoloq Oqtay Qasımov deyib ki, Azərbaycan-Rusiya münasibətlərində sabitlik var:

“Bu həm qarşılıqlı səfərlər, həm də verilən açıqlamalardan açıq-aydın görünür. Son 3 il ərzində Azərbaycan ərazisində Rusiya sülhməramlıları fəaliyyət göstərir və baş verən proseslərə müdaxilə etməmələri, sərgilədikləri mövqe məqbuldur.

Rusiyanın mövqeyi Qərbə nəzərən daha konstruktivdir. Buna görə də rəsmi Bakı sülhməramlıların qalmasına problem etmir. Rusiya tərəfi də elan edib ki, sülhməramlıların qalmasının səbəbi minaların təmizlənməsidir. 2025-ci ilə qədər onlar bu işi görəcəklər.

Oqtay Qasımov

O ki qladı Rusiya-Azərbaycan münasibətlərinin nə vaxta qədər belə qalacağına, bunu demək çətindir. Lakin Rusiya-Ukrayna müharibəsi qaldığı təqdirdə Kremlin nəzərini Cənubi Qafqaza çevirməsi, habelə Azərbaycan və Türkiyə ilə konfliktə girməsi inandırıcı deyil. Kreml istəmir ki, cənub sərhədlərində ikinci bir cəbhə açılsın. Buna görə də xarici siyasətində korrektələr edir”.

Turan Rzayev
Globalinfo.az