“Üç böyük şəhərdə insanların əksəriyyəti köhnə binalarda yaşayır” – Deputat

“Sovet dövründə istifadəyə verilən yaşayış yerlərində kəndlərin əhəmiyyətli həcminə baxmayaraq, hazırda bu tendensiya əksinə çevrilib və bu sahədə artım daha çox şəhərlərin hesabınadır”.

Globalinfo.az xəbər verir ki, bunu Sosial Tədqiqatlar Mərkəzinin rəhbəri, deputat Zahid Oruc deyib.

O bildirib ki, Azərbaycanın üç ən böyük şəhərində əhalinin əksəriyyəti köhnə binalarda yaşayır:

“1990-cı ildə istifadəyə verilən yaşayış sahələrinin 45.5%-i şəhərlərdə, 54.5%-i kənd yerində olduğu halda, 2020-ci ildə 90.3%-i şəhər yerində, 9.7%-i kənd ərazilərində olub.

Ölkənin üç ən böyük şəhərində-Bakı, Sumqayıt və Gəncədə vətəndaşların 58%-i istismar müddəti 30 ildən yuxarı olan binalarda məskunlaşıb. Onların 23%-i son 30 il ərzində tikilən binalarda yaşayır. İştirakçıların 19%-i yaşadığı binanın yaşı barədə məlumatsız olduğunu bildirib ki, onların da əksəriyyəti köhnə binalarda məskunlaşanlardır. Başqa sözlə, istismar müddəti 30 ildən yuxarı olan binalarda məskunlaşanların sayının qeyd olunan göstəricidən daha yüksək olması istisna edilmir”.