Türkiyənin ilk yerli və milli reaktiv təyyarəsi – VİDEO

Türkiyənin ilk yerli və milli reaktiv təyyarəsi birinci uçuşunu həyata keçirib.

Globalinfo.az APA-ya istinadən xəbər verir ki, bu barədə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan özünün tviter hesabında paylaşım edib.

“İlk yerli və səsdən sürətli pilotlu milli reaktiv təyyarəmiz olan “HÜRJET” birinci uçuşunu uğurla həyata keçirdi. Həmd olsun! Türk Yüzilliyinə ərmağan olsun!”, – paylaşımda qeyd olunub.