Ərdoğan haqda yayılan şayiələrin səbəbi – Türkiyəni nə gözləyir?

Prezident Rəcəb Tayyib Ərdoğanın iki gün öncə mediaya canlı müsahibə zamanı halı pisləşdi. Prezident özü bu haqda anlı yayın zamanı bildirdi. Bundan sonra yayımı dayandırdılar. Düzdür, Ərdoğan bir müddətdən sonra həmin yayımı bərpa edib izləyicilərdən üzr istəyərək, gərgin iş rejiminə görə soyuqladığını açıqlasa da, bir çoxları bu vəziyyətdən istifadə edərək Ərdoğanın səhhətinin pis olduğuna dair iddialar səsləndirməyə başlayıb. Xüsusilə bu iddiaların seçkiqabağı şişirdilərək tirajlanması diqqət çəkir.

Ötən gecə isə Əroğanın səhhəti haqda dezinformasiya yayıldı. Onun infarkt keçirməsi barədə şayiə sosial və peşəkar medianı bürüdü.

Globalinfo.az xəbər verir ki, bu xəbərlərin həqiqəti əks etdirmədiyi rəsmi şəxslər tərəfindən xüsusi vurğulanıb. Belə ki, Prezident Administrasiyasının Dezinformasiya ilə Mübarizə Mərkəzi Türkiyə liderinin infarkt keçirməsi ilə bağlı xəbərləri təkzib edib.

Həmçinin Türkiyə vitse-prezidenti Fuad Oqtay Prezident Ərdoğanın səhhətinin yaxşı olduğunu bildirib və onun yüngül soyuqladığını qeyd edib.

Maraqlıdır, Türkiyəni qarışdırmaq istəyənlər kimlərdir? 14 maya qədər fors-major hal yarana bilər?

Mövzunu Globalinfo.az-a şərh edən politoloq İlyas Hüseynov deyib ki, Türkiyədə mayın 14-də mühüm parlament və prezident seçkiləri keçiriləcək və seçki öncəsi belə halların yaşanması normaldır:

“Seçkilərə az bir zaman qaldıqca müəyyən problemlər hər zaman ola bilir. Lakin bu da həqiqətdir ki, ictimaiyyətin düşüncəsini manipulyasiya etmək üçün hadisəni şişirdib tirajlayanlar da var. Daha çox kənardan idarə edilən bu qüvvələr Ərdoğan dəstəkçiləri arasında çaşqınlıq yaradıb seçkilərin nəticəsinə təsir etmək istəyir.

İlyas Hüseynov

Hesab edirəm qarşıdakı dönəmdə də bu cür təxribatların baş verməsi mümkündür. Lakin Türkiyə güclü dövlətdir. Anket sorğuları da onu deməyə əsas verir ki, türk xalqı Ərdoğana inandır. Böyük ehtimalla o, yenidən prezident seçiləcək”.

Turan Rzayev
Globalinfo.az