Türkiyəni müharibəyə sürükləmək istəyirlər – Nazir

Müxalifət ölkəni müharibəyə sürükləmək istəyir.

Globalinfo.az xəbər verir ki, bunu Türkiyə xarici işlər naziri Mövlud Çavuşoğlu bildirib.

“Biz indi balanslaşdırılmış siyasət aparırıq. Müharibədə konkret bir tərəfi dəstəkləmək və münaqişə tərəfi olmaq nəyə lazımdır? Amma “müəyyən bir tərəfi tutacağıq, tarazlığı pozacağıq” deyənlər hakimiyyətə gəlsələr, Allah eləməmiş ölkəni müharibəyə sürükləyəcəklər”, – Çavuşoğlu qeyd edib.