Türkiyəli astronavtın Yerə qayıdışı yenidən ertələndi

Türkiyəli astronavt Alper Gezeravcının Yerə qayıdışı növbəti dəfə ertələnib.

Globalinfo.az xəbər verir ki, bu barədə Türkiyə mediası məlumat yayıb.

Məlumata görə, “SpaceX” ABŞ-ın Florida ştatındakı əlverişsiz hava şəraiti ilə əlaqədar müvafiq qərarı verib.

Xatırladaq ki, ötən gün “SpaceX” qayıdışın ən tez fevralın 5-nə ertələndiyini açıqlamışdı.