iran 1111 900x565 2

Türkiyə sentyabrın 21-dən etibarən İranın “Mahan Air” aviaşirkətinin ölkəyə həyata keçirdiyi uçuşları dayandıracaq.

Globalinfo.az xəbər verir ki, “Middle East Eye”ın məlumatına görə, qərar aviaşirkətin Türkiyə ilə İran arasında həyata keçirdiyi bütün reyslərə şamil olunacaq.

Bildirilir ki, bu qərar ABŞ-ın “Mahan Air”ə qarşı tətbiq etdiyi məhdudiyyətlər fonunda qəbul edilib. Vaşinqton İran hakimiyyətini aviaşirkətdən silah və qanunsuz yüklərin daşınması məqsədilə istifadə etməkdə ittiham edib.

Beləliklə, sentyabrın 21-dən etibarən “Mahan Air”in Türkiyə ilə İran arasında uçuşları həyata keçirməsi mümkün olmayacaq.

Tahir Turan
Globalinfo.az

Paylaş: