Türkiyədə zəlzələ nəticəsində 48 min nəfər həlak olub, 50 min bina dağılıb – Ərdoğan

Fevral ayında Türkiyədə baş verən zəlzələlər nəticəsində azı 48 min insan həlak olub.

Globalinfo.az xəbər verir ki,  bu barədə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Hatay vilayətində çıxışı zamanı bildirib.

“Həlak olanların sayı 48 min nəfərdir, 115 mindən çox yaralı var, 50 min bina dağılıb. Belə irimiqyaslı fəlakətə bu qədər tez reaksiya verə biləcək ikinci ölkə yoxdur”, – Ərdoğan deyib.

Xatırladaq ki, fevralın 6-da ocağı Türkiyənin Kahramanmaraş şəhərinin Pazarcık rayonunda olan 7,7 maqnitudalı və 9 saat sonra episentri eyni şəhərin Elbistan rayonu olan 7,6 maqnitudalı iki zəlzələ olub.