Əskişehirin Sivrihisar bölgəsindən havalanaraq Rizəyə doğru hərəkət edən”M20J” tipli kiçik təyyarə saat 18:18-də Ərzurum-Rizə bölgəsində qəzaya uğrayıb.
Globalinfo.az-ın məlumatına görə, qəza yerində axtarış-xilasetmə işləri geniş miqyasda aparılır.
Təyyarədə 2 nəfərin — pilot Mehmet Demirci və Hicran Kayanın olduğu bildirilib.
Hadisə yerinə 12 nəqliyyat vasitəsi, 2 dron və 52 əməkdaş, 1 xilasetmə helikopteri, 2 kəşfiyyat təyyarəsi və 110 nəfərlik qrup, həmçinin axtarış itləri cəlb olunub.
Axtarışlar termal və gecəgörmə kameralarına malik dron və hava nəqliyyat vasitələri ilə davam etdirilir.
Tahir Turan