Cəlilabad rayon icra hakimiyyətinin başçısına yeni müavin təyinatı həyata keçirilib.
Globalinfo.az bildirir ki, “Report”un məlumatına görə, rayon icra hakimiyyətinin başçısı Rafiq Cəlilovun müvafiq əmri ilə Vahid Mirzəyev icra başçısının müavini – Sosial-iqtisadi və memarlıq-tikinti məsələləri şöbəsinin müdiri vəzifəsinə təyin olunub.
Qeyd edək ki, V. Mirzəyev bu təyinata qədər Cəlilabad bələdiyyəsinin sədri vəzifəsini icra edib.