Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın 2027-ci ilin noyabrında keçiriləcək növbədənkənar prezident seçkisində yenidən namizəd ola bilər.
Globalinfo.az xəbər verir ki, bu barədə hakim Ədalət və İnkişaf Partiyasının (AKP) sədr müavini Hüseyn Yayman danışıb.
“Başqa namizədə ehtiyac yoxdur. Növbəti seçkidə də prezidentimizi ölkə başçısı edəcəyik”, – o bildirib.
Qeyd edək ki, Türkiyədə 2027-ci ilin payızında növbədənkənar prezident və parlament seçkilərinin keçirilməsi müzakirə edilir.