“Biz Əsədlə dialoqa cəhd etdik, lakin cavab ala bilmədik”.
Globalinfo.az xəbər verir ki, bunu Türkiyə Prezidenti Rəcəp Tayyip Ərdoğan deyib.
“Dedik ki, gəlin Suriyanın gələcəyini birlikdə müəyyən edək. Ancaq müsbət cavab ala bilmədik”, – o qeyd edib.
Ərdoğan vurğulayıb ki, İdlib, Həma, Xümsdə müxalifətin yürüşü davam edir:
“Ümid edirik ki, bu yürüş problemsiz davam edəcək”.