Türkiyədə hakim partiyanın qərargahı atəşə tutuldu – VİDEO

Adanada hakim AK Partiyanın Çukurova rayon Başkanlığı binasına edilən silahlı hücumla bağlı Adana Respublika Prokurorluğu tərəfindən istintaq başladılıb.

Globalinfo.az xəbər verir ki, bu barədə Türkiyənin ədliyyə naziri Bəkir Bozdağ tvitter hesabında məlumat paylaşıb.

O, bu hücumu qınadığını bildirərək, onu törətməkdə şübhəli bilinən şəxsin saxlanıldığını da vurğulayıb.

***

Türkiyədə Ədalət və İnkişaf Partiyası binasına silahlı hücum olub.

Globalinfo.az “Haber Global”a istinadən xəbər verir ki, bu barədə Partiyanın Adana rayon sədri Mehmet Ay məlumat verib.

O bildirib ki, bir nəfərbinaya 12 dəfə atəş açıb. Hücum zamanı isə binadan heç kim olmayıb.

Hücum anının görüntülərni təqdim edirik: