zelzele turkiye

Türkiyənin şərqindəki Malatya vilayətində 5,2 maqnitudalı zəlzələ baş verib.

Globalinfo.az “TRT Haber” telekanalına istinadən xəbər verir ki, bu barədə ölkənin Fövqəladə Hallar Departamenti məlumat yayıb.

***

Məlumata görə, 3 dəqiqə fərqlə daha bir təkan baş verib, bundan sonra əhali küçələrə çıxıb.

Episentri Malatyanın Battalqazi ilçəsi olan zəlzələ yerin 6,36 km dərinliyində meydana gəlib.

Zəlzələnin fəsadları barədə hələlik məlumat yoxdur.

Zəlzələdən dolayı Daxili İşlər Nazirliyi və AFAD-ın müvafiq strukturları gücləndirilmiş iş rejimə keçib.

Paylaş: