Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Ferdi Zeyrekin ölümü ilə bağlı başsağlığı verib.
Globalinfo.az xəbər verir ki, Ərdoğan sosial media hesabında paylaşdığı mesajında bildirib:
“Manisa böyükşəhər bələdiyyə başçısı cənab Ferdi Zeyrekin faciəvi vəfatı ilə bağlı böyük kədər hissi keçirdim. Mərhum Zeyrekə Allahdan rəhmət diləyir, ailəsinə, iş yoldaşlarına, manisalı vətəndaşlarımıza və bütün CHP təşkilatına başsağlığı verirəm”.
*** 19:00
Türkiyədə elektrik cərəyanı vuran Manisa bələdiyyə sədri Ferdi Zeyrek vəfat edib.
Globalinfo.az xəbər verir ki, bu barədə Türkiyənin səhiyyə naziri Kamal Memişoğlu “X”də paylaşım edib.
O bildirib ki, Ferdi Zeyrek bütün müdaxilələrə baxmayaraq, xilas ola bilməyib.