
Bursa Böyükşəhər Bələdiyyəsinin may ayı iclasının ilk sessiyası gərgin anlarla yadda qalıb. Bələdiyyə Məclisinin iclas salonunda keçirilən görüşdə AKP və CHP fraksiyaları arasında başlayan sözlü mübahisə qısa müddətdə fiziki qarşıdurmaya çevrilib.
Globalinfo.az xəbər verir ki, bu barədə “Haber Global” məlumat yayıb.
Tərəflər arasında gərginlik böyüyərək əlbəyaxa dava ilə nəticələnib. Nəticədə iclasa qısa müddətli fasilə verilib. Hadisənin konkret səbəbi hələlik açıqlanmır.
Aysel Əliyeva
Globalinfo.az