Türkiyə XİN başçısı Lavrovla danışıb

Türkiyənin xarici işlər naziri Hakan Fidanla iyulun 9-da Rusiyanın xarici işlər naziri Sergey Lavrov arasında telefon danışı olub. 

Globalinfo.az xəbər verir ki, danışıq zamanı Ukraynadakı son vəziyyət və taxıl sazişi məsələsi müzakirə edilib.

Qeyd edək ki, son olaraq Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın Ukrayna Prezidenti Volodimir Zelenskilə görüşündən sonra yaxın zamanda Rusiya Prezidenti Vladimir Putinlə də görüş keçirəcəyi deyilir.

Ayşən Mustafa
Globalinfo.az