Türkiyə və Ermənistan tarixi qərar ərəfəsində

Türkiyə ilə sərhəddə yerləşən Marqara kəndinin ərazisindəki sərhəd keçid məntəqəsi Ermənistan Dövlət Gəlirləri Komitəsinin balansına verilib.

Globalinfo.az Axar.az-a istinadla xəbər verir ki, bu barədə qurumdan məlumat verilib.

Məlumata görə, ərazinin Komitənin balansına verilməsilə bağlı qərar hələ fevralın 17-də verilmişdi. Lakin sözügedən qərar sənədləşdirilməli və təsdiqlənməli idi.

Proses martın sonlarında başa çatıb.

“Marqara” sərhəd keçid məntəqəsinin nə vaxta hazır olacağı ilə isə heç bir məlumat verilməyib.