62113517 605

“Türkiyə keçən ilin noyabrında soyuq müharibə dövründə istehsal edilmiş kasset döyüş sursatlarını məxfi şəkildə Ukraynaya tədarük edib”.

Globalinfo.az xəbər verir ki, bu iddia ilə “Forin Polisi” çıxış edib.

Məlumata görə, Ankara bu addımı Kiyevin 2022-ci ilin sonunda Ağ Evdən kasset bombaları ilə bağlı rədd cavabı almasından sonra atıb.

Qəzet ABŞ qanunvericiliyinin bu tip döyüş sursatlarının eksportunu qadağan etdiyini bildirib:

“Bu silah tankların məhvi üçün nəzərdə tutulub, hansı ki dərhal partlamadığı halda illərlə döyüş meydanında qala bilər. Hər sursat özü ilə bərabər 88 kiçik döyüş sursatı atır”.

Qeyd edək ki, rəsmi Ankara sözügedən iddia ilə bağlı hər hansı açıqlama verməyib.

Gülnar Səlimova
Globalinfo.az

Paylaş: