pkkk

PKK-nın ilk döyüşçü qrupu iyulun 11-i Şimali İraqda tərksilah prosesinə başlayacaq.

Globalinfo.az xəbər verir ki, bu barədə Türkiyənin “Hürriyet” qəzeti məlumat yayıb.

PKK-nın tərksilah edilməsi ilə bağlı məsələlər iyulun 8-də Bağdadda Türkiyə Milli Kəşfiyyat Təşkilatının rəhbəri İbrahim Kalınla İraqın mərkəzi orqanlarının nümayəndələri arasında müzakirə olunacaq. Türkiyə kəşfiyyatının rəhbəri İraqdan qayıtdıqdan sonra parlament sədri Numan Kurtulmuşa səfərinin nəticələrini təqdim edəcək. Bu, PKK-nın tərksilahı ilə bağlı parlament komissiyasının yaradılmasına qədər ilkin mərhələ olacaq”, – deyə bildirilib.

Məlumata görə, bundan öncə təşkilatın lideri Abdullah Öcalanın PKK-ya müraciəti olacağı gözlənilir.

Əliyar Xəlil
Globalinfo.az

Paylaş: