
Türkiyənin nüfuzlu “Türkiyə Today” nəşri rusiyalı teleaparıcı Vladimir Solovyovu Azərbaycanı hədələməkdə ittiham edib.
Globalinfo.az-ın xəbərinə görə, nəşrin saytında yayımlanan məqalədə Solovyovun iyunun 30-da yayımlanan “Vladimir Solovyovla axşam” verilişində səsləndirdiyi fikirlər tənqid olunub.
Məqalədə qeyd olunur ki, Solovyov Moskva ilə Bakı arasında münasibətlərin pisləşməsi fonunda 300 kilometrlik sərhədi xatırladaraq Azərbaycanın “son hərəkətlərinin böyük münaqişəyə yol aça biləcəyi” barədə kəskin xəbərdarlıq edib.
Türkiyə nəşri bu açıqlamanı Rusiya tərəfindən təzyiq və təhdid cəhdi kimi dəyərləndirərək, belə ritorikanın regionda gərginliyi daha da artırdığını vurğulayıb.
Tahir Turan
Globalinfo.az