Türkiyədə tarixi seçki başladı – İlk yaşanır…

Bu gün Türkiyədə yerli vaxtla saat 08:00-da (Bakı vaxtı ilə 09:00-da) seçki məntəqələri açılıb və prezident seçkilərinin ikinci turunun səsverməsi başlayıb.

Globalinfo.az xəbər verir ki, Türkiyə prezident seçkiləri tarixində qalib ilk dəfədir ikinci turda bəlli olacaq.

Səsvermə prosesi 17:00-a bitəcək.

Prezident vəzifəsi uğrunda 2 namizəd mübarizə aparır. Bunlar “Cümhur İttifaqı”nın namizədi, hakim Ədalət və İnkişaf Partiyasının sədri, hazırkı dövlət başçısı Rəcəb Tayyib Ərdoğan, “Millət İttifaqı”nın namizədi, müxalif Cümhuriyyət Xalq Partiyasının sədri Kamal Kılıçdaroğludur.