
Türkiyənin Ticarət Nazirliyi Suriya məhsullarının idxalına icazə verib.
Globalinfo.az xəbər verir ki, bu barədə Türkiyənin Quru və Dəniz Limanları Baş İdarəsinin nümayəndəsi Mazen Alluş deyib.
“Türkiyənin Quru və Dəniz limanları Baş İdarəsinin və Ticarət Nazirliyinin birgə iclasında aparılan müzakirələrin nəticəsi olaraq, Suriya mallarının və qida məhsullarının Türkiyə bazarlarına ixrac edilməsinə qoyulan qadağanın ləğv edilməsi ilə bağlı qərar qəbul olunub”, – deyə məlumatda qeyd olunub.
Qeyd edək ki, Türkiyə bu qadağanı 2011-ci ildə tətbiq etmişdi