Türkiyə Suriyanın şimalında əməliyyat keçirdi

Türkiyə Silahlı Qüvvələri PKK-nın daha iki terrorçusunu zərərsizləşdirib.

Globalinfo.az xəbər verir ki, bu barədə Türkiyə Milli Müdafiə Nazirliyi məlumat yayıb.

Əməliyyat Suriyanın şimalında həyata keçirilib.

Belə ki, “Barış pınarı” (“Barış bulağı”) bölgəsinə hücum etməyə hazırlaşan iki terrorçu zərərsizləşdirilib.