Ərdoğan və xanımı Azərbaycanın “Zəfər” şou-kompozisiyasını izlədi – VİDEO

6831d241051766831d2410517717480955536831d241051746831d24105175

Mayın 22-də Türkiyənin İstanbul şəhərində start götürən VII Etnosport Beynəlxalq Mədəniyyət Festivalı davam edir.

Azərbaycan Respublikası Atçılıq Federasiyasından Globalinfo.az-a verilən məlumata görə, festival çivəsində hər gün Türk dünyasının birliyi, ortaq mədəni kökləri və irsi tədbir iştirakçılarına və qonaqlara nümayiş etdirilir.

Mayın 24-də Festivalın xüsusi proqramında Türkiyə Respublikasının prezidenti Rəcəb Tayyib Ərdoğan və həyat yoldaşı Əminə Ərdoğan Azərbaycan nümayəndə heyətinin təqdim etdiyi “Zəfər” şou-kompazisiyasını izləyiblər:

“Azərbaycan Respublikası Atçılıq Federasiyasının təşkilatçılığında 130 nəfərdən ibarət nümayəndə heyəti və 20 Qarabağ atının iştirakı ilə təqdim olunan kompozisiyada qədim türk törəsi, Azərbaycan milli musiqi və rəqs ənənələri, eləcə də Qarabağ atlarının estetik və məharətli çıxışları səhnədə canlandırılıb.

Türk dünyasının ortaq mirası olan atçılıq mədəniyyəti, suvarilik sənəti və milli ruhu əks etdirən proqram Türkiyə Respublikasının Prezidenti Ərdoğan və xanımı tərəfindən böyük marağa səbəb olub, ayaq üstə alqışlanıb.

Nümayəndə heyətimiz Türkiyə rəhbərliyinin “Zəfər” şou- kompozisiyasını böyük maraqla izləməsini, göstərilən yüksək diqqəti məmnunluq və qürur hissi ilə qarşılayıb”.

Qeyd edilib ki, mayın 25-də Azərbaycan nümayəndə heyətinin növbəti çıxışı keçiriləcək və bununla da VII Etnosport Beynəlxalq Mədəniyyət Festivalı başa çatacaq.

500039397 1242692890559095 8050472028997845304 n 1
Cumhurbaşkanı Recep Tayyip Erdoğan ve eşi Emine Erdoğan, Dünya Etnospor Birliği tarafından düzenlenen ve Anadolu Ajansının (AA) global iletişim ortağı olduğu 7. Etnospor Kültür Festivali’ni ziyaret etti. Programda Dünya Etnospor Birliği Başkanı Bilal Erdoğan da yer aldı. ( Cemal Yurttaş – Anadolu Ajansı )
501265149 1242692747225776 4831427382080197162 n
Cumhurbaşkanı Recep Tayyip Erdoğan ve eşi Emine Erdoğan, Dünya Etnospor Birliği tarafından düzenlenen ve Anadolu Ajansının (AA) global iletişim ortağı olduğu 7. Etnospor Kültür Festivali’ni ziyaret etti. ( TCCB / Mustafa Kamacı – Anadolu Ajansı )
499605544 1242692727225778 2450152805132083255 n
Cumhurbaşkanı Recep Tayyip Erdoğan ve eşi Emine Erdoğan, Dünya Etnospor Birliği tarafından düzenlenen ve Anadolu Ajansının (AA) global iletişim ortağı olduğu 7. Etnospor Kültür Festivali’ni ziyaret etti. ( TCCB / Mustafa Kamacı – Anadolu Ajansı )
499855292 1242692777225773 7509164895601687819 n 499605544 1242692727225778 2450152805132083255 n 501265149 1242692747225776 4831427382080197162 n 500039397 1242692890559095 8050472028997845304 n 1