Türkiyə Prezidenti Sərvəri mükafatlandırdı

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan azərbaycanlı Sərvər Bəşirliyə “Yurt Dışı Vefa” mükafatını təqdim edib.

Globalinfo.az xəbər verir ki, bu barədə Türkiyənin Bakı səfirliyinin kommunikasiyalar üzrə müşaviri Cihangir İşbilir məlumat paylaşıb.

“Cənab Prezidentimiz Rəcəb Tayyib Ərdoğan “Yurt Dışı Vefa Ödülü”nə layiq görülən, Türkiyənin yaşadığı “əsrin fəlakəti”ndən dərhal sonra maşınına yüklədiyi yardımla Azərbaycanın paytaxtı Bakıdan yola düşən Sərvər Bəşirliyə mükafatını təqdim etdi”, – deyə qeyd edib.