Faciə: Uşağın əli ətçəkən maşında qaldı, barmaqları amputasiya olundu

2021-ci təvəllüdlü azyaşlının əlinin ət maşınında qalması ilə əlaqədar TƏBİB-in tabeliyindəki Balakən Rayon Mərkəzi Xəstəxanasına müraciət daxil olub. 

Globalinfo.az xəbər verir ki, Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidmətinin müvafiq xilasetmə qüvvələrinin iştirakı ilə həkim nəzarəti altında həyata keçirilən xilasetmə tədbirləri nəticəsində azyaşlının əli ətçəkən maşından çıxarılıb.

Daha sonra Balakən Rayon Mərkəzi Xəstəxanasının həkim-mütəxəssisləri tərəfindən azyaşlının sol əlinin 4 barmağının amputasiyası icra olunub.

Pasiyent tibb müəssisəsinin Reanimasiya şöbəsinə yerləşdirilib, müalicəsi davam etdirilir.

Hazırda vəziyyəti ağır olaraq qiymətləndirilir. Həkim nəzarətindədir.