pkk esas

Türkiyə parlamentinin müvafiq komissiyası PKK ilə bağlı sülh prosesinin irəlilədilməsini nəzərdə tutan hesabatı böyük səs çoxluğu ilə qəbul edib.

Globalinfo.az xəbər verir ki, 50 üzvdən 47-si sənədin lehinə səs verib. Təxminən 60 səhifədən ibarət hesabatda hüquqi islahatların həyata keçirilməsi ilə təşkilatın təsdiqlənmiş şəkildə tərksilah prosesinin paralel aparılması təklif olunur.

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan bildirib ki, parlament yaxın vaxtlarda təşəbbüsün qanunvericilik aspektlərinin müzakirəsinə başlayacaq. Sənəddə prosesin icrasına nəzarət etmək üçün müvəqqəti hüquqi baza yaradılması və xüsusi nümayəndənin təyin olunması da nəzərdə tutulur.

Məsləhətləşmələrdə iştirak edən kürdyönümlü DEM partiyası sənədi ümumilikdə dəstəkləsə də, kürd məsələsinin yalnız terrorizm problemi kimi təqdim olunması ilə razılaşmadığını bildirib. Hesabatda həmçinin antiterror qanunvericiliyinin yenidən nəzərdən keçirilməsi, ifadə azadlığı ilə bağlı təminatların genişləndirilməsi və Avropa İnsan Hüquqları Məhkəməsi ilə Türkiyə Konstitusiya Məhkəməsinin qərarlarına riayət olunması kimi müddəalar yer alıb.

Sənəddə xüsusi olaraq vurğulanır ki, təklif edilən addımlar amnistiya kimi qiymətləndirilməməlidir.

Əliyar Xəlil
Globalinfo.az

Paylaş: