İmamoğlunun məsləhətçisinin bank hesablarına da həbs qoyuldu

a3p9rcKYApKyGa22R13W2Xmow8Xevfz0SJawGuRV 1200
İstanbul Baş Prokurorluğu tərəfindən aparılan istintaq çərçivəsində şəhər bələdiyyəsi (İBB) sədrinin məsləhətçisi və İBB Medianın idarə heyətinin sədri Murad Ongünün banklardakı hesablarına da həbs qoyulub.

Globalinfo.az xəbər verir ki, İstanbul bələdiyyəsinə (İBB) yönəlik korrupsiya araşdırması çərçivəsində prokurorluğun təlimatı ilə Murat Ongünlə yanaşı daha altı  şübhəlinin banklardakı hesabları dondurulub.

Bildirilir ki, Ongün bələdiyyə sədri Əkrəm İmamoğlunun mətbuat katibi və bələdiyyənin media idarəsinin rəhbəri olub.

Qeyd edək ki,  bundan öncə Murad Ongünün əmlakına həbs qoyulmuşdu.