Türk ordusunda yeni qadağa: hərbçilər bundan sonra…

65ed7bb5319a665ed7bb5319a7171006251765ed7bb5319a465ed7bb5319a5

Türkiyə Silahlı Qüvvələrinin şəxsi heyətinə “TikTok” platformasından istifadə qadağan edilib. 

Globalinfo.az xəbər verir ki, bununla bağlı Türkiyə Böyük Millət Məclisinə təqdim edilən qanun layihəsi Milli Müdafiə Komissiyası tərəfindən qəbul olunub.

Türkiyə ordusunun əsgərlərinin hərbi hissələr və xüsusi əməliyyatların keçirildiyi bölgələrdən aktiv paylaşım etməsinin hərbi təhlükəsizlik riskini artırdığı bildirilir.

Ayşən Mustafa
Globalinfo.az