F3NGq6RdG5K031kgOLS9BjX541WkDFbeM2WAbbze 1200

Türkiyə ordusu İraqın şimalında və Suriyada Kürdüstan Fəhlə Partiyasının (PKK) 19 silahlısını məhv edib.

Globalinfo.az xəbər verir ki, bu barədə Türkiyə Müdafiə Nazirliyi “X”də (keçmiş “Twitter”) məlumat yayıb.

Məlumata görə, İraqın şimalında Hakurk və Asos bölgələrində 15, Suriyanın şimalında isə əməliyyatlar zamanı 4 terrorçu məhv edilib.

Qeyd edək ki, ötən gün Türkiyə Müdafiə Nazirliyi Şimali İraq və Suriyada 15 PKK yaraqlısının məhv edildiyini açıqlamışdı.

Paylaş: