“Pəncə-Kilid” əməliyyatı bölgəsində Türkiyə hərbçisi, əsgər Hüseyn Qorxmaz şəhid olub.
Globalinfo.az Modern.az-a istinadən xəbər verir ki, bu barədə Türkiyə Milli Müdafiə Nazirliyi məlumat yayıb.
Bildirilib ki, türk əsgəri terrorçu qüvvələrin bölgədə yerləşən Türkiyə hərbi bazasını atəşə tutması nəticəsində həyatını itirib.