Türk ordusundan növbəti əməliyyat: 12 terrorçu zərərsizləşdirildi

Türkiyə Silahlı Qüvvələri tərəfindən İraq ərazisində keçirilən əməliyyat nəticəsində 12 PKK terrorçusu zərərsizləşdirilib.

Globalinfo.az xəbər verir ki, bu barədə Türkiyənin Milli Müdafiə Nazirliyindən bildirilib.

Məlumata əsasən, əməliyyat İraqın şimalında “Pəncə-Kilid” antiterror əməliyyatı bölgəsində həyata keçirilib.

Əməliyyat davam etdirildiyi bildirilir.