ozbekistan secim aa 1681274

Özbəkistanda növbədənkənar prezident seçkilərində səsvermə başa çatıb.

Globalinfo.az “APA”ya istinadən xəbər verir ki, bu barədə Özbəkistan Mərkəzi Seçki Komissiyası məlumat yayıb.

Yerli vaxtla saat 20.00-a ölkə ərazisindəki bütün seçki məntəqələri bağlanıb.

ABŞ istisna ilə, Özbəkistanın xaricdəki diplomatik nümayəndəliklərində açılan seçki məntəqələri də bağlanıb.

Qeyd edək ki, saat 17.00-a seçici fəallığı 69,85 faiz olub.

Paylaş: