Türk ölkəsində dəyişikliklər: ölüm cəzası… – Qərar verildi

Özbəkistanda insan haqları sahəsində islahatlar vəd edən konstitusiyaya dəyişikliyə dair referendum keçirilir.

Globalinfo.az xəbər verir ki, Özbəkistanın qanunvericiliyinə uyğun olaraq, referendum seçicilərin azı 50 %-i iştirak etdikdə baş vermiş sayılır.

Son məlumata görə, bu nisbət 62 % təşkil etdiyi üçün MSK referendumu baş tutmuş saya bilər.

Qeyd edək ki, təklif olunan dəyişikliyə əsasən, prezidentlik müddəti 5 ildən 7 ilə qədər uzadılacaq. Üstəlik, mövcud iki müddətlik məhdudiyyət də saxlanılacaq.

Bu dəyişiklik eyni zamanda ölkə prezidenti Şavkət Mirziyayevin 2040-cı ilə qədər vəzifədə qalmasına imkan verəcək. Belə ki, prezident Şavkat Mirziyayev ikinci müddətində olsa da, dəyişiklik ona 2026-cı ildə – hazırkı səlahiyyət müddəti başa çatdıqdan sonra daha iki dəfə namizədliyini irəli sürməyə imkan verəcək.

Referendumda həmçinin ölüm cəzasının ləğvi, habelə vətəndaşların, o cümlədən cinayətlərdə ittiham olunanların hüquqi müdafiəsinin gücləndirilməsi də səs verməyə çıxarılıb.

Qeyd edək ki, Şavkət Mirziyayev 2016-cı ildən prezident vəzifəsini icra edir.