tsarukyan 1

Ermənistan Baş Prokurorluğu “Çiçəklənən Ermənistan” partiyasının lideri Qaqik Tsarukyanın deputat toxunulmazlığının ləğvi ilə bağlı vəsatət təqdim edib.

Globalinfo.az xəbər verir ki, vəsatət artıq Ermənistan Mərkəzi Seçki Komissiyasına təqdim olunub.

Qurumdan vəsatətin hansı cinayət işi üzrə qaldırıldığı haqda məlumat verilməyib.

Bəzi erməni KİV-lərinin məlumatına görə, məsələyə iyunun 26-da Konstitusiya Məhkəməsində keçiriləcək iclasdan sonra, parlament seçkilərinin nəticələrinə dair şikayətlərin müzakirəsindən sonra baxıla bilər.

Bununla yanaşı, “Güclü Ermənistan” partiyasının üzvü Alik Aleksanyanın həbsdə saxlanıldığı bildirilir.

Vəkil Liana Qasparyanın sözlərinə görə, Apellyasiya Məhkəməsi onun barəsində seçilən həbs qətimkan tədbirinin dəyişdirilməsi ilə bağlı vəsatəti təmin etməyib.

Əliyar Xəlil

Globalinfo.az

Paylaş: