ABŞ-da “Trump TV” kanalı fəaliyyətə başlayıb.
Globalinfo.az xəbər verir ki, kanalda ilk olaraq ABŞ Prezidenti Donald Trampın iki ay əvvəlki çıxışı yayımlanıb.
Bildirilir ki, “Trump TV” artıq Ağ Evin Yutub kanalında təqdim edilir.
ABŞ liderinin mətbuat katibi Kaelan Dorr “Trump TV”nin administrasiyanın fəaliyyətini senzurasız və canlı yayımlayacağını açıqlayıb. O bildirib ki, kanalda digər böyük xəbər platformalarında yer almayan məlumatlar da təqdim olunacaq.
Qeyd edək ki, Tramp daha əvvəl CNN, MSNBC və “Politico” jurnalistlərinin Ağ Evə girişinə məhdudiyyət qoyub. Sözügedən media qurumları isə qərara qarşı məhkəməyə müraciət edib.