17617244004980241194 1200x630

ABŞ Prezidenti Donald Trampın mart ayında Çinə təxirə salınan səfəri bu ayın ortalarında reallaşmalıdır. Ancaq Ağ Ev sahibinın səfərlə bağlı qərarı hələ açıqlanmayıb”.

Globalinfo.az-a danışan “Atlas” Araşdırmalar Mərkəzinin rəhbəri, politoloq Elxan Şahinoğlu deyib ki, 23 milyon əhalisi olan Tayvanın özündə də Donald Trampın Pekin səfərinə görə narahatlıq mövcuddur:

Politoloq bildirib ki, bunun bir neçə səbəbi var:

“Birincisi, İranla bağlı gərginlik ABŞ-la Çin arasında fikir ixtilafını dərinləşdirib. ABŞ-ın Hörmüz boğazını mühasirədə saxlaması Çinin iqtisadi gücünə mənfi təsir edib. Çin İrandan ucuz neft ala bilmir.

İkincisi, Donald Tramp Tayvan mövzusunu Pekində müzakirə etmək istəmir. Halbuki, Çin lideri Si Cinpin Trampdan ABŞ-ın Tayvana hərbi dəstəyini dayandırmağı tələb etməyi planlaşdırır. “Röyters” agentliyinin məlumatına görə, Pekin Tayvan mövzusunu Vaşinqtonla müzakirə predmetinə çevirməyə çalışır.

Tayvan rəhbərliyi Trampın Si Cinpinlə iqtisadi zəmində razılıq əldə edəcəyi halda Vaşinqtonun ada dövlətinə dəstəyinin azalacağından ehtiyat edir. Tramp həmçinin Pekində ABŞ-ın mülki təyyarələri və kənd təssərrüfatı məhsullarının Çinə satılmasıyla bağlı saziş imzalamağı planlaşdırır. Vaşinqtondan alacaqlarının müqabilində isə ABŞ-ın Tayvan məsələsinə qarışmasını istəmir. Pekin əmin olmağa çalışır ki, hərbi və ya “yumşaq güc” yoluyla Tayvan Çinə birləşdirilərsə, Vaşinqton buna mane olmayacaq”.


Elxan Şahinoğlu

E.Şahinoğlunun sözlərinə görə, ABŞ Dövlət Departamenti Pekinin Tayvanla bağlı açıqlamalarına reaksiya vermir:

“Çünki ABŞ sözdə “vahid Çin” siyasətinə sadiq olduğunu bəyan edib. Yəni ABŞ Tayvanı Çin ərazisi kimi tanıyır. Vaşinqton həmçinin Tayvanın özünü müdafiə hüququnu da tanıyır. Lakin bu ikisi bir-birinə ziddir. Tayvan yarımkeçirici sənayesində güclü bir qüvvədir. ABŞ-ın Çinlə ticarəti olduğu kimi Tayvanla da geniş iqtisadi əlaqələri mövcuddur. Bundan başqa, Tayvan şirkətlərinin ABŞ-da milyardla dollar yatırımları var. Ada Çinə birləşdirlərsə, bu yatırımların taleyi sual altında qalacaq.

Tramp administrasiyası ABŞ-ın Tayvan siyasətində heç bir dəyişiklik olmadığını iddia edir. Ancaq Ağ Ev rəsmiləri vurğulayırlar ki, Tramp ikinci səlahiyyəti müddətində Tayvana sələfi Cozef Baydenin prezidentliyi dövründə verdiyindən daha çox silah verib. Ancaq bu arqument Tayvan rəhbərliyini sakitləşdirməyib.

Bu arada, Tayvan Prezidenti Uliyam Lai ilə Esvatini kralı Msvati III arasında baş tutan görüş Pekinin narazılığına səbəb olub. Tayvan prezidenti görüşdə bildirib ki, onların dünya ilə əlaqə qurmaq haqqı var və heç bir ölkə buna mane ola bilməz. Pekin digər ölkələrdən Tayvanla əlaqələri dayandırmağı tələb etsə də, ada dövləti müxtəlif ölkələrlə ticarət əlaqələrini genişləndirməyə çalışır. Buna baxmayaraq, Pekinin təzyiqləri nəticəsində Tayvanın sadəcə 12 dövlətlə diplomatik münasibətləri qalıb”.

Turan Rzayev
Globalinfo.az

Paylaş: