livitt

ABŞ Prezidenti Donald Trampın mətbuat katibi Kerolayn Livittin vəzifəsindən ayrılacağını açıqlamasından sonra Ağ Evdə onun yerinə kimin gətiriləcəyi ilə bağlı qeyri-müəyyənlik yaranıb.

Globalinfo.az “Qafqazinfo”ya istinadən xəbər verir ki, bu barədə “Independent” qəzeti Ağ Evdəki mənbəyə istinadən məlumat yayıb.

Bildirilib ki, Tramp Livittin bu ayın sonunda vəzifəsini tərk etməsindən sonra onun yerinə dərhal yeni mətbuat katibi təyin etməyi planlaşdırmır.

Belə ki, Livittin istefası Tramp üçün gözlənilməz olub və yerinə təyin ediləcək heç bir namizədi yoxdur.

Bu qərar ABŞ-də ara seçkilərə üç aydan az vaxt qaldığı bir dövrdə Ağ Evdə mətbuat katibi olmaması deməkdir.

Ağ Ev rəsmisinin bildirdiyinə görə, Livittin gedişindən sonra mətbuat brifinqlərini növbə ilə administrasiyanın yüksəkvəzifəli şəxsləri aparacaq.

Onların arasında Vitse-prezident Ceyms Devid Vens, Dövlət katibi Marko Rubio və maliyyə naziri Skott Bessent də var.

Məlumata görə, bu şəxslər Livitt analıq məzuniyyətində olduğu müddətdə də Ağ Evin mətbuat otağında jurnalistlərin suallarını cavablandırıblar.

Qeyd edək ki, Tramp daha əvvəl 28 yaşlı Kerolayn Livittin ayın sonunda vəzifəsindən ayrılacağını açıqlayıb. Prezident onun qərarının ailəsi və uşaqları ilə daha çox vaxt keçirmək istəyi ilə bağlı olduğunu bildirib.

Paylaş: