Tramp Qarabağ “eşqi” ilə alışan ermənipərəstə vəzifə verdi

kennedi

ABŞ Prezidenti Donald Trampın səhiyyə naziri postuna namizəd göstərdiyi Robert Kennedi Senatdan təsdiq alıb.

Globalinfo.az xəbər verir ki, bu barədə Anadolu Agentliyi məlumat yayıb.

Peyvənd əleyhinə çıxışları ilə gündəmə gələn Kennedi Senatda Demokratların 48, Respublikaçıların 52 lehinə səsini toplayıb.

1,6 trilyon dollarlıq səhiyyə büdcəsini idarə edəcək Kennedi son açıqlamasında peyvənd əleyhinə olmadığını, lakin onların riskləri barədə çox sayda geridönüş aldığını bildirib.

Qeyd edək ki, R.Kennedi ermənipərəst mövqeyi ilə tanınır. O, prezidentliyə namizəd ikən Qarabağdakı qondarma rejimə dəstək olacağını açıqlamışdı.

Aysel Əliyeva
Globalinfo.az