
ABŞ Prezidenti Donald Trampın üç ərazi ilə bağlı iddiaları ətrafında müzakirə və narazılıq artır.
Kanada və Qrenlandiyada rəhbərlərindən sonra Panama Prezidenti Xose Raul Mulino Trampın açıqlamalarına münasibət bildirib. O, Panama kanalının ABŞ-ın mülkiyyətinə verilməsinin mümkün olmadığını deyib.
Panama prezidentinin mövqeyi Vaşinqtonu bu ölkəyə hərbi müdaxiləyə vadar edə bilərmi? Tramp Amerika qitəsini müharibə ocağına çevirəcək?
Globalinfo.az-a danışan politoloq Turab Rzayev deyib ki, müharibənin indiki məqamda, həm də belə tez başlayacağına inanmıram:
“Fikrimcə, Donald Trampın bu siyasəti xarici ölkələrə hesablanıb. Yəni o, bu cür ifadələr ilə digər ölkələri güzəştə məcbur etmək istəyir. Məsələn, çox da diqqət edilmir, amma Trampın bir qalmaqalı da Kolumbiya prezidenti ilədir. Belə ki, Ağ Ev rəhbəri bu ölkədən idxal olunacaq mallara sərt gömrük rüsumu tətbiq edəcəyini deyib. Lakin Tramp bunu sırf ABŞ-dan Kolumbiyaya məhbusların hərbi təyyarə ilə deyil, mülki təyyarə ilə aparılması tələbinə etiraz olaraq edir”.
Turab Rzayev
Politoloq bildirib ki, ABŞ hər ölkəyə təzyiq edə biləcəyini düşünür:
“Panamaya da təzyiqə davam edəcək, Vaşinqton konkret Panama kanalına nəzarəti ələ keçirmək istəyir. Kanalın hər iki tərəfində Çinə icarəyə verilən limanlar var və ABŞ buna görə çox narahatdır. Məsələ ilə bağlı tədbir görmək üçün də təzyiqdən istifadə edir. Proses davam edəcək, amma müharibə variantı hələlik aktual deyil. Yəni problem sərt diplomatik yolla həll oluna bilər. Tramp yeni müharibəyə girib ölkəsini xərcə salmağı gözə almaz”.
Turan Rzayev
Globalinfo.az