peskov 133

“Ukraynada baş verən korrupsiya qalmaqalı və Prezident Volodimir Zelenskinin ofisinin rəhbəri Andrey Yermakın evində aparılan axtarışlar Kiyev rejiminin siyasi sistemini sarsıdacaq”.

Globalinfo.az xəbər verir ki, bu fikirləri Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov deyib.

“Yermakın evində axtarışın getməsi o deməkdir ki, Kiyevdə Ukrayna üçün son dərəcə mənfi nəticələrə səbəb ola biləcək korrupsiya qalmaqalı genişlənir,” – o qeyd edib.

Safura Bənnayeva
Globalinfo.az 

Paylaş: