ABŞ Prezidenti Donald Tramp ikinci dəfədir Prezidenti İlham Əliyevin Şuşa Qlobal Forumda səsləndirdiyi fikri öz sosial şəbəkə hesabında paylaşır. Bu addım Vaşinqtonun Azərbaycana marağının və Cənubi Qafqazda Bakının artan roluna verilən önəmin göstəricisi kimi qiymətləndirilir.
Trampın paylaşımı fonunda ABŞ-Azərbaycan münasibətlərinin gələcək istiqaməti, Prezident İlham Əliyevlə formalaşan əlaqələr və Vaşinqtonun region siyasətindəki mövqeyi yenidən gündəmə gəlib.
Bu, ABŞ-ın Azərbaycana xüsusi marağının, diqqətinin göstəricisi olmaqla yanaşı, həm də Trampın dünyaya mesajı sayıla bilərmi? Vaşinqton bununla Qafqazda əsas söz sahibinin özü olduğunun ismarışını verir?
Globalinfo.az-a danışan politoloq Kazım Kazımov deyib ki, şübhəsiz, ABŞ Azərbaycan əlaqələri özünün tarixi inkişaf dövrünü yaşayır.
“ABŞ-ın keçmiş prezidenti Co Bayden adminstrasiyasından fərqli olaraq Tramp adminstrasiyası Azərbaycanın sülh gündəliyini tam şəkildə dəstəkləyir. Tramp bir şeyin fərqindədir ki, bu regionda əlaqələr qurmaq istəyən hər bir ölkə Azərbaycanla yaxşı münasibətlər formalaşdırmalıdır. Buna görə də Vaşinqton və Bakı arasında münasibətlər sürətli şəkildə inkişaf edir.

Kazım Kazımov
Hesab edirəm ki, iki liderin Vaşiqtonda parafladığı sülh sazişi yeni əlaqələrin təməlini təşkil edir. Bu gün TRIPP (Zəngəzur dəhlizi-red.) layihəsi sadəcə regional maraqlara xidmət etmir, həm də qlobal əhəmiyyət daşıyır. Hazırda dünyada müəyyən toquşmalar, gərinliklər yaşanır. Əlbətdə, bu, mənfi proses olsa da, digər tərəfdən alternativ tranzit yollarının əhəmiyyətini artırır. Orta dəhliz də belə trazit yollardandır. Zəngəzur dəhlizi isə Orta dəhlizin əsas və ən əhəmiyyəti hissəsini təşkil edir. Bunun üçün ABŞ ilə Azərbaycan arasında bu layihə gələcəkdə çox böyük iqtisadi dividentlər qazandıracaq. Hər iki tərəf bu layihədən gəlir götürəcək”.
Turan Rzayev
Globalinfo.az