ABŞ Prezidenti Donald Trampın ailəsi onun ikinci prezidentlik müddətinin başlanğıcından bəri kriptovalyuta layihələrindən azı 2,3 milyard dollar gəlir əldə edib.
Globalinfo.az xəbər verir ki, bu barədə “Reuters” agentliyi məlumat yayıb.
Agentlik Tramp ailəsinin kriptovalyuta ilə bağlı dörd əsas layihədən əldə etdiyi gəlirləri, bu layihələrə yatırdığı vəsaitləri və digər investorların maliyyə nəticələrini təhlil edib.
Araşdırmaya görə, 2026-cı ilin aprel ayının sonunadək Tramp ailəsi bu layihələrdən faktiki olaraq ciddi risk daşımadan 2,3 milyard dollar qazanıb. Eyni zamanda digər investorların ümumi itkilərinin də təxminən 2,3 milyard dollar təşkil etdiyi vurğulanıb.
Məlumata əsasən, ailəyə ən çox gəlir gətirən layihələr sırasında “World Liberty Financial”, “AI Financial Corp” və “American Bitcoin” yer alır. Bildirilir ki, təkcə “World Liberty Financial” satışlardan təxminən 1,4 milyard dollar gəlir əldə edib.
Nəşr yazır ki, ABŞ prezidentinin oğulları Erik Trump və Donald Tramp Jr. da sözügedən kriptovalyuta layihələrinin həyata keçirilməsində yaxından iştirak edirlər.
Əliyar Xəlil