Trampdan yeni qərar: daha bir neçə ölkəyə pis xəbər

tramp 2

ABŞ Prezidenti Donald Tramp Venesueladan neft və qaz alan ölkələrə 25 faiz rüsum tətbiq edəcək.

Globalinfo.az xəbər verir ki, bu barədə ABŞ lideri “Truth Social”da məlumat yayıb.

“Venesueladan neft və ya qaz alan istənilən ölkə bizimlə apardığı ticarətdə 25 faiz vergi ödəməli olacaqlar. Bütün sənədlər imzalanacaq və təsdiqlənəcək, tariflər isə aprelin 2-də qüvvəyə minəcək”, – Tramp qeyd edib.

Aysel Əliyeva
Globalinfo.az