ABŞ Prezidenti Donald Tramp Ukrayna ilə Rusiya arasında yaxın vaxtlarda razılığın əldə oluna biləcəyini düşünür.
Globalinfo.az xəbər verir ki, bu barədə “RİA Novosti” məlumat yayıb. Amerika liderinin sözlərinə görə, tərəflər artıq mümkün razılaşmaya kifayət qədər yaxınlaşıblar.
Jurnalistlərlə söhbət zamanı Tramp münaqişə ətrafında aparılan müzakirələrə toxunaraq bildirib ki, proses müəyyən mərhələyə çatıb və irəliləyiş hiss olunur. Onun fikrincə, həm Moskva, həm də Kiyev mövcud vəziyyətin davam etməsinin ağır nəticələr doğurduğunu anlayır və kompromis axtarışındadır.
Tramp konkret detallar açıqlamasa da, tərəflər arasında dialoqun intensivləşdiyini və bu dialoqun nəticə verə biləcəyini istisna etməyib.
Tahir Turan
Globalinfo.az