tramp 2

ABŞ Ukraynada müharibə zamanı Rusiyanın hərəkətlərinin araşdırılması üçün nəzərdə tutulan beynəlxalq mərkəzdən çıxmağa qərar verib.

Globalinfo.az xəbər verir ki, bu barədə “Nyu York Tayms” (NYT) öz mənbələrinə istinadən yazıb.

Bildirilib ki, ABŞ Ədliyyə Nazirliyinin əməkdaşları bu barədə daha əvvəl avropalı həmkarlarına məlumat veriblər.

“Vaşinqton qərarı rəsmi olaraq bu gün elan edəcək”, – deyə nəşr qeyd edib.

Birləşmiş Ştatlar sözügedən təşəbbüsə 2023-cü ilin noyabrında Ağ Evin əvvəlki rəhbəri Co Baydenin dövründə qoşulub.

Qəzetin mənbələri bildirir ki, ABŞ Prezidenti Donald Trampın administrasiyası bu qrupdan çıxmaq qərarını dövlət xərclərinin yenidən bölüşdürülməsi zərurəti ilə izah edir.

Günay Rəsulqızı
Globalinfo.az

Paylaş: