ABŞ-ın yeni seçilmiş Prezidenti Donald Tramp öz komandasına Rusiya Prezidenti Vladimir Putinlə bağlı tapşırıq verib.
Globalinfo.az xəbər verir ki, “CNN” öz mənbələrinə istinadən məlumat yayıb.
Trampın komandasına inaqurasiyadan sonrakı ilk gündə Putinlə telefon danışığı təşkil etməyi tapşırdığı bildirilir. ABŞ prezidentinin Rusiya-Ukrayna müharibəsinə son qoyulması üçün danışıqlar aparmağa və Rusiya prezidenti ilə şəxsən görüş keçirməyə çalışdığı vurğulanır.
Qeyd edək ki, yanvarın 20-də Donald Trampın andiçmə mərasimi keçiriləcək.
Əliyar Xəlil
Globalinfo.az